1inci Group 2012-ci ildən etibarən tikinti sektorunda etibarlı və peşəkar fəaliyyət göstərən şirkətdir. Şirkətimiz fəaliyyətə “İnci Elektrik” adı ilə elektrik məhsullarının satışı istiqamətində başlamış, müştərilərimizin etimadı və bazarın tələblərinə uyğun olaraq fəaliyyət sahəsini mərhələli şəkildə genişləndirmişdir.
İlk olaraq məhsul çeşidimizə kafel və metlax əlavə olunmuş, daha sonra isə tikinti və təmir üçün lazım olan bütün əsas məhsul qruplarını əhatə edən geniş assortiment formalaşdırılmışdır.
Bu gün 1inci Group elektrik malları, santexnika məhsulları, boya və kimyəvi vasitələr, kafel-metlax, dam örtükləri, alçıpan sistemləri, əl alətləri, izolyasiya materialları və digər tikinti məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.
İllər ərzində qazandığımız təcrübə və etibarlı tərəfdaşlıq sayəsində bir sıra tanınmış yerli və beynəlxalq istehsalçıların rəsmi nümayəndəsi və tərəfdaşı kimi fəaliyyət göstəririk. Bu əməkdaşlıqlar sayəsində müştərilərimizə yalnız orijinal, keyfiyyətli və zəmanətli məhsullar təqdim edirik.
Məqsədimiz müştərilərimizin bütün tikinti və təmir ehtiyaclarını bir məkanda, münasib qiymətlər, peşəkar xidmət və operativ yanaşma ilə qarşılamaqdır. Müştəri məmnuniyyəti, keyfiyyət və etibar fəaliyyətimizin əsas prinsipləridir.
Müştərilərimizə yüksək keyfiyyətli tikinti materialları təqdim etmək, peşəkar xidmət göstərmək və uzunmüddətli etibarlı tərəfdaş olmaq.
Azərbaycanın tikinti materialları sektorunda innovativ, etibarlı və aparıcı şirkətlərdən biri olmaq.
Tikintidə keyfiyyətin və etibarın ünvanı.